Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Oxu.Az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 30-da "Bakcell Arena”da keçiriləcək oyun saat 19:30-da başlanacaq.
A.M.