Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun matçında ilk dəfə start heyətdə meydana çıxıb.
Oxu.Az xəbər verir ki, idmançımız ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində "Riçmond Kikers"ə qarşı keçirilən qarşılaşmanı əvəzlənmədən sonadək meydanda keçirib.
"Kolambus Kryu" bu görüşdə 3:0 hesablı inamlı qələbəyə sevinib. Matçın gedişatında Nəriman Axundzadə hesabı açan ilk qolun açar ötürməsini edib.
Belə ki, həmyerlimiz ilə Marselo Erreranın birgə təşkil etdiyi təhlükəli hücum epizodu sonda Qyuqu Pikarın dəqiq zərbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Kolambus Kryu" bu qələbə sayəsində ABŞ Açıq Kubokunda 1/16 finala yüksəlib.