Braziliyanın "Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro" ilə (2:0) matç zamanı meydanı gözyaşları içində tərk edib.
Oxu.Az-ın verdiyi məlumata görə sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.
Hücumçu matçın 34-cü dəqiqəsində əvəzlənib.
Bildirilib ki, braziliyalı futbolçuda martda onu narahat edən və altı həftə meydandan kənar qalmasına səbəb olan sol bud zədəsinin residivi baş verib.
Neymar meydanı göz yaşları içində tərk edib