Niderlandda keçirilən ənənəvi “Tata Steel Masters-2019” turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub.
O, turniri 9 xalla başa vurub. Norveçli qrossmeyster yeddinci dəfə bu turnirin qalibi olub. İkinci yeri Aniş Qiri (Niderland) və üçüncü pilləni Yan Nepomnyaşi (Rusiya) tutub.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə son turda rusiyalı şahmatçılarla qarşılaşıblar. Ş. Məmmədyarov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə üzə-üzə gəlib. Qarşılaşmalar heç-heçə başa çatıb.
Teymur Rəcəbov turniri 6,5, Şəhriyar Məmmədyarov isə 5 xalla başa vurub. Şahmatçılarımız müvafiq olaraq 7 və 12-ci yeri tutub.