65 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-Roma güləşçi Orxan Həbibli 17 yaşadək idmançılar arasında keçirilən dünya çempionatının bürünc medalı uğrunda görüşə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, medal qarşılaşmasında hindistanlı Kunal Dugarla qarşılaşıb.
Matç təmsilçimizin 7:5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Orxan Həbibli (65 kq) yarımfinal yolunda Qaspar Sançezə (Çexiya), Qabriel Lunquna (Rumınya) və Sardor Mahmudova (Özbəkistan) qalib gəlib. Final yolunda isə Ukrayna təmsilçisi İbrahim Nəsibova uduzub.
Qeyd edək ki, daha əvvəl Ömər Salmanov bürünc medal qazanmışdı.
Xatırladaq ki, bundan sonra İsfahan Həsənov (80) çempionluq uğrunda xalça üzərinə çıxacaq.