Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Oxu.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.
Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində yer alan idmançı dörddəbir final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib. Stadnik rəqibinə 3:4 hesabı ilə uduzub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Mariya Stadnik" teqi üzrə xəbərlər
- Mariya Stadnik: "Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəyəm"
- Mariya Stadnik idmançı karyerasını başa çatdırıb?
- Paris-2024: Bu gün iki idmançımız medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək
- Rəsul Çunayevdən qızıl medal təxminləri: "İki nəfər üçün son olimpiadadır"
- Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyəti
Rəylər