Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.
Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.
Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
Rəqibinə qalib gələn Şəriəti (4:0) yarımfinala yüksəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/8 final mərhələsindən başlayıb.
Estoniyalı Heyki Nabi ilə güləşən Sabah Şəriəti rəqibinə qalib gələrək 1/4 final mərhələsinə adlayıb.
Paris Olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.
"Report" xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaqlar.
S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.
M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodriges Oroskonu məğlub etməyə çalışacaq.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Rəylər