Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paris Olimpiadasında unikal nailiyyət
Niderlandlı atlet Sifan Hassan uzun məsafəyə qaçış üzrə marafonda Olimpiya qızılını qazanan ilk qadın olub.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, avqustun 11-də idmançı marafonda 2 saat 22 dəqiqə 55 saniyə nəticə göstərərək olimpiya çempionu olub. O, 10.000 metr məsafədə Olimpiya rekordunu qırıb.
Əvvəlki nailiyyəti 2012-ci il Olimpiadasında efiopiyalı Tiki Qelane qazanmışdı (2 saat 23 dəqiqə 7 saniyə).
Qeyd edək ki, Hassan həm də 5 və 10 min metr məsafəyə qaçışda olimpiya çempionudur. O, bu məsafələri 2021-ci ildə baş tutan Tokio Olimpiadasında qazanıb. Paris Oyunlarında Hassan 5 və 10 minlik məsafələrdə bürünc medal qazanıb.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paris Olimpiadasının 100-dən çox keyfiyyətsiz medalı təşkilat komitəsinə qaytarılıb
- Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi
- Paris Olimpiadasının medalları keyfiyyətsiz çıxdı
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
Rəylər