İngiltərənin “Arsenal”futbol klubunun qapıçısı Peter Çex buz xokkeyi üzrə oyunda iştirak edib.
Oxu.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, oyun Çexiya xokkeyinin əfsanəvi oyunçusu Marti Qavlatın xatirəsinə həsr olunub.
M.Qavlat NHL –da (Milli Xokkey Liqası) 15 il çıxış edib və 6 klubun şərəfini qoruyub. Çexiyanın Brno şəhərinə keçirilən xatirə oyununda P.Çex 3 şayba buraxıb.
İ.F.