Portuqaliya yığmasında çıxış edən Dieqo Dalot zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi əzələ narahatlığı səbəbindən milli komandadan çıxarılıb. Dalotun yerinə "Latsio"dan Nunu Tavares yığmaya çağırılıb.
Qeyd edək ki, 6 sentyabrda Portuqaliya yığması DÇ-2026-nın seçmə oyununda Ermənistana qarşı səfərdə oynayacaq.