İngiltərə çempionatında 30-cu turun “Liverpul” - “Brayton” qarşılaşması başa çatıb. Oyun Liverpul şəhərinin “Enfild” stadionunda baş tutub. Devid Kut görüşün baş hakimi kimi çıxış edib.
Matçın 2-ci dəqiqəsində “Brayton” hücumçu Denni Uelbekin qolu sayəsində hesabda önə keçib. 27-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. “Liverpul”un hücumçusu Luis Diaz fərqlənib. 65-ci dəqiqədə ev sahiblərinin hücumçusu Məhəmməd Salahın vurduğu qol oyunun taleyini həll edib - 2:1.
“Liverpul” bu mövsümün turnir cədvəlində birinci yerdədir. Komanda 29 oyunda 67 xal toplayıb. “Brayton” 42 xal toplayaraq eyni sayda matçdan sonra 9-cu yerdə qərarlaşıb.