Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ” “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “köhlən atlar” lider “Zirə”yə çatıb. “Ağ-qaralar” isə 12 xalla beşinci sıradadır.
21:16
“Neftçi” - “Qarabağ” oyununun ikinci hissənin 87-ci dəqiqəsində Redon Cica “Qarabağ”ın ikinci qolunu vurub.
20:34
“Neftçi” - “Qarabağ” oyununa ikinci hissənin ilk dəqiqəsində hesab açılıb. Olavio Juninyonun vurduğu qol “Qarabağ”ı 1:0 önə çıxarıb.
20:32
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” - “Qarabağ” oyununa ikinci hissəyə start verilib.
20:18
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” - “Qarabağ” oyununda birinci hissə başa çatıb. Oyunda hesab açılmayıb.
19:35
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” - “Qarabağ” oyununa start verilib.
18:30
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın start heyətləri bəlli olub.
Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 3. Höccət Haqverdi 7. Azər Əliyev 4. Mark Tamaş 5. Kenni Sayef 23. Ataa Caber 44. Yuri Matias 11. Kilan Lebon 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 10. Filip Ozobiç 14. Eddi İsrafilov 17. Rəhman Hacıyev 19. Azər Salahlı 16. Lukas Melano 22. Reziuan Mirzov 6. Dieqo Valdez 25. Aaron Olanare 99. Ervin Koffi 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
“Qarabağ”: 99. Andrey Lunyov 5. Maksim Medvedev (k) 4. Rahil Məmmədov 27. Toral Bayramov 90. Nəriman Axundzadə 66. Patrik Andrade 17. Hamidu Keyta 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 83. Nihad Quliyev 10. Abdullah Zubir 8. Marko Yankoviç 11. Adama Diakabi 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu gün reallaşacaq matç saat 19:30-da start götürəcək.
09:08
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.
İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.
Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.
8 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”
Qeyd edək ki, IV turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.