“Qarabağ” hücum xəttinə Dzon Delarjdan sonra daha bir futbolçu transfer edib.
Oxu.Az xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu İnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla ikiillik müqavilə imzalanıb.
29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.
2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində yeddi oyunda dörd qolla yadda qalmışdı. Komandamızdan ayrıldıqdan sonra Amerikanın “San Xose” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.
İnosent Emeqara İsveçrə millisində də doqquz oyunda meydanda olub.

17:30
Yeni mövsümə altı yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.
Oxu.Az xəbər verir ki, Ağdam klubu “Bursaspor”un forvardı Dzon Delarjı heyətinə qatıb.
Konqolu hücumçu ilə üç (2+1) illik müqavilə imzalanıb.
Delarj karyerasına Kamerunun “Union” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.
Qeyd edək ki, Konqo yığmasının heyətində 12 oyuna çıxan Dzon Delarj bir qolla yadda qalıb.
S.M.
www.oxu.az