"Qarabağ" - "Çelsi" oyununa təyinat alan avstriyalı hakim Sebastyan Qishamer daha əvvəl DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan - Ukrayna və Avropa Liqasında "Hakken" - "Qarabağ" oyunlarını da idarə edib.
Oxu.Az xəbər verir ki, FIFA referisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Ukraynaya uduzduğu (1:2) görüşün baş hakimi olub.
S.Qishamer həmçinin 2023-cü ildə UEFA Avropa Liqasının qrup matçında "Qarabağ"ın səfərdə İsveçin "Hakken" klubuna 1:0 hesabı ilə qalib gəldiyi oyunu idarə edib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.