Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qarabağ"ın oyunlarının yeri dəyişdirilib
"Qarabağ"ın "Şamaxı" ilə Azərbaycan Premyer Liqasında keçirəcəyi oyunların yeri dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.
Bu yerdəyişmə "Qarabağ"ın müraciəti, "Şamaxı"nın razılığı və PFL-in qərarı ilə gerçəkləşib. Ağdam klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin "Şamaxı" - "Qarabağ" oyunu ilə 4-cü dövrənin "Qarabağ" - "Şamaxı" oyunlarının yeri dəyişdirilib.
Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.
Qeyd edək ki, komandalar arasında hər iki oyun 2025-ci ildə baş tutacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Portuqaliyalı futbol ulduzu Luiş Nani Bakıya gəlib
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib