"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna qarşı keçirəcəyi hər iki oyunun hakimləri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Bakıda keçiriləcək ilk matçı Daniele Çiffinin rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək.
Səfərdə baş tutacaq görüşə isə belçikalı hakimlər təyinat alıblar - matçın baş hakimi Bram Van Drişşe olacaq.
Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə bir həftə sonra Sofiyada keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12