Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Qarabağ” Kiprə getdi - FOTO
“Qarabağ” komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” komandası ilə oynamaq üçün Kiprə yola düşüb.
Klubun “Facebook” səhifəsinin xəbərinə görə, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 20:15-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Ölkə çempionu saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi Alinq Mu isə Bakı vaxtı ilə saat 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
Görüş sentyabrın 16-da “AEK Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.
"Ağdam" teqi üzrə xəbərlər
- İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb
- Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB