"Qarabağ"a keçəcəyi iddia edilən Vensan Abubakar Afrikaya qayıda bilər.
Oxu.Az "Footmercato"ya istinadən xəbər verir ki, Mərakeşin "Vidad Kasablanka" klubu kamerunlunu heyətinə qatmaq istəyir.
33 yaşlı forvardın hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək.
"Vidad Kasablanka" Klublararası dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, Abubakar başa çatan mövsümü "Hatayspor"da keçirib. Onun aktivində 28 oyun, 8 qol var.