Bu gün millimizin və “Qarabağ”ın futbolçusu Qara Qarayevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, milli futbolçunun bu gün 26 yaşı tamam olur.
Top qovduğu futbol klubu futbolçunu fərqli tərzdə təbrik edib.
“Qarabağ” klubunun rəsmi “Facebook” səhifəsi Qara Qarayevi qapıçı forması və əlcəyi ilə təsvir edərək, təbrik paylaşımını edib. Buna səbəb isə dünən millinin Farer Adaları ilə görüşündə Qarayevin Kamran Ağayevdən daha yaxşı çıxış etməsi – topu iki dəfə qapı xəttindən çıxarması olub.
Qeyd edək ki, millimiz həmin oyunda 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
S.M.
www.oxu.az