Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1.
72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo “köhlən atlar”ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki “Qarabağ” xallarının sayını 47-yə çatdırıb. 17 xala malik “Kəpəz” 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə “Zirə” “Sabah”ı qəbul edəcək. Turun açılış oyununda “Turan Tovuz” evdə “Səbail”ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
16:54
“Qarabağ” klubunun daha bir futbolçusu Yassin Benzia zədələnib.
Belə ki, 29 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyununda sıradan çıxıb.
Benzia komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb.
Görüşə davam edə bilməyən oyunçu birbaşa paltardəyişmə otağına yollanıb.
Qeyd edək ki, hazırda matçda hesab - 1:2-dir.
16:32
“Qarabağ” klubunun futbolçusu Redon Cica zədələnib.
Oxu.Az xəbər verir ki, 25 yaşlı hücumçu “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX tur oyununda sıradan çıxıb.
Albaniyalı oyunçu əzələsini dartıb. Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.
Qeyd edək ki, hazırda görüşdə “Kəpəz” 1:0 hesabı ilə öndədir.