Misli Premyer Liqasının XIX turunda "Şamaxı" və "Qarabağ" komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan oyunda Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Şamaxı"nın heyətində qolu 14-cu dəqiqədə Oruc Məmmədov vurub. "Qarabağ"ın heyətində isə Coni Montiel (18) və Kamilo Duran (90+4) fərqləniblər.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.