UEFA-ya iştirak ərizəsini göndərən "Qarabağ" yeni transferi Joni Montieli siyahıya daxil etməyib.
Məlumatı Oxu.Az-a klubun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev təsdiq edib.
Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir.
"Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir. Q.Qurbanov "Karvan"la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır".
Qeyd edək ki, J.Montiellə yanaşı Aleksey İsayev də zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.
Anar Həsənov
UEFA Çempionlar Liqasına iştirak ərizəsini göndərən "Qarabağ" yeni transferi Joni Montiel və Aleksey İsayevi siyahıya daxil etməyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı klubdan heç bir açıqlama verilməyib.
Xatırladaq ki, daha öncə yerli idman mediası futbolçunun zədəli olması və ya formadan kənarda qalması ilə bağlı xəbərlər dərc etmişdi.
Qeyd edək ki, Joni Montiel avqust ayının üçündə "Qarabağ" klubu ilə 2+2 illik müqavilə imzalamışdı. 26 yaşlı vinger "Rayo Valyekano" klubunun yetirməsidir.