Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab qarşılaşması baş tutacaq.
Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start fiti veriləcək matçı Azərbaycan telekanalları canlı yayınlamayacaq.
Ancaq futbolsevərlər “Şerif” – “Qarabağ” qarşılaşmasını Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsilə izləyə bilərlər.
Xatırladaq ki, Bakıda baş tutan ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.
A.M.