UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ” BATE səddini keçsə, Hollandiyanın ən məşhur klublarından olan PSV ilə qarşılaşacaq.
Qeyd edək ki, Ağdam klubu Belarus təmsilçisini üstələyəcəyi halda, Hollandiya çempionuna qarşı ilk oyununu 21/22 avqustda Bakıda, cavab oyununu 28/29 avqustda Eyndhoven şəhərində keçirəcək.
Digər cütlüklər bunlardır:
“Srvena Zvezda” (Serbiya)/“Spartak” (Slovakiya) – “Zalsburq” (Avstriya)/“Şkendiya” (Makedoniya)
“Yanq Boyz” (İsveçrə) – “Astana” (Qazaxıstan)/“Dinamo” (Xorvatiya)
“Malmö” (İsveçrə)/“Vidi” (Macarıstan) – “Seltik” (Şotlandiya)/AEK (Yunanıstan)
“Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə) – PAOK (Yunanıstan)/“Spartak” (Rusiya)
“Standard” (Belçika)/“Ayaks” (Hollandiya) – “Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna)
11:01
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ı da maraqlandıran püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Qarabağ” Belarus çempionu BATE-ni keçəcəyi halda, səpələnməmişlər cütünün üzvü kimi daha güclü rəqiblə üz-üzə gələcək. Bir şərtlə ki, səpələnmişlər cütündə nisbətən zəif komandalar sensasiya yaratmasın.
Çempionlar Yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)/“Şkendiya” (Makedoniya)
PSV (Hollandiya)
“Seltik” (Şotlandiya)/AEK (Yunanıstan)
“Astana” (Qazaxıstan)/“Dinamo” (Xorvatiya)
Səpələnməmişlər
“Qarabağ” (AZƏRBAYCAN)/BATE (Belarus)
“Yanq Boyz” (İsveçrə)
“Malmö” (İsveçrə)/“Vidi” (Macarıstan)
“Srvena Zvezda” (Serbiya)/“Spartak” (Slovakiya)
Çempion olmayan ÇL iştirakçılarının (Liqa Yolu) səbətləri isə belə bölünüb.
Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə)
“Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna)
Səpələnməmişlər
“Standard” (Belçika)/“Ayaks” (Hollandiya)
PAOK (Yunanıstan)/“Spartak” (Rusiya)
Qeyd edək ki, UEFA qaydalarına əsasən, Rusiya və Ukrayna klubları bir-birləri ilə düşə bilməz. Buna görə “Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə) cütü pley-offda PAOK (Yunanıstan)/“Spartak” (Rusiya) cütü ilə, “Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna) cütü isə “Standard” (Belçika)/“Ayaks” (Hollandiya) cütü ilə qarşılaşacaq.
Sadəcə, püşkatma zamanı ilk oyunun harada keçirilməsinə aydınlıq gətiriləcək.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər