Qazaxıstan Futbol Federasiyası (QFF) milli komandanın baş məşqçisi Talqat Baysufinovun istefasını rəsmən qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı QFF-nin mətbuat xidməti yayıb.
"QFF baş məşqçinin istefasını təəssüf hissi ilə qəbul edib və onun qərarına hörmətlə yanaşır", - deyə federasiyanın bəyanatında bildirilir.
Qeyd olunub ki, komandaya rəhbərlik etdiyi müddətdə Talqat Baysufinov millidəki bütün fəaliyyət dövrləri ilə müqayisədə ən yaxşı nəticəni göstərib. Məhz onun rəhbərliyi altında komanda özünəinamı qaytarıb və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) reytinqində mövqeyini yaxşılaşdırıb.
Xatırladaq ki, Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının sükanı arxasına keçmişdi. Lakin onun rəhbərliyi altında milli komanda 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. O bundan əvvəl 2016-2017 və 2020-2022-ci illərdə də milli komandaya rəhbərlik edib.