Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qəbələ” klubu Bakıda “Bakcell Arena”da Polşanın “Yagelloniya” komandasını qəbul edib.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. Taras Romançuk adını tabloya yazdırıb.
“Qəbələ”nin bərabərlik topunu qarşılaşmanın 47-ci dəqiqəsində Stiven Monroz vurub.
Cavab oyunu bir həftə sonra Polşada keçiriləcək.
S.B.
www.oxu.az