Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qəbələ” klubu Bakıda Yunanıstanın “Panatinaikos” komandasını qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 52-ci dəqiqədə Roman Qriqorçukun yetirmələri açıblar. Moledo topu öz qapısına göndərərək yunan azarkeşləri məyus edib.
Lakin “Qəbələ” futbolçularının sevinci uzun sürməyib. 63-cü dəqiqədə Lod, 66-da isə Kabazes adını tabloya yazdıraraq “Panatinaikos”a qələbə qazandırıb.
Xatırladaq ki, Yunanıstanda keçirilən ilk qarşılaşmada da “Panatinaikos” qalib gəlmişdi (1:0).
Bununla da, “Qəbələ” klubu Avropa Liqasında çıxışını dayandırıb.
S.B.
www.oxu.az