UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “C” qrupunda yer alan Azərbaycanın “Qəbələ” klubu Fransanın “Sent-Etyen” komandasını qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
39-cu dəqiqədə Ruslan Qurbanov “Qəbələ”ni hesabda irəli çıxarıb. Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Tannane cərimə zərbəsindən oyunda tarazlığı bərpa edib. Fransızların qələbə qolunu isə 53-cü dəqiqədə Robert Beriç vurub.
Bu qrupun digər oyununda Belçikanın “Anderlext” klubu doğma meydanda Almaniyanın “Maynts” komandasını darmadağın edib - 6:1.
Beləliklə, dörd turdan sonra hesabında 8 xal olan “Anderlext” və “Sent-Etyen” qrupda 1-ci və 2-ci yerləri bölüşdürürlər. “Maynts” klubu 5 xalla 3-cü pillədə qərarlaşıb. Ardıcıl 4 oyundur ki, xal qazana bilməyən“Qəbələ” sonuncudur.
S.B.
www.oxu.az