“Qəbələ” ilə Yunanıstan “Panatinaikos”u arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və “Bakcell Arena”nın kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
A.M.