"Mançester Yunayted" Türkiyə millisinin və "Brayton"un müdafiəçisi Ferdi Kadıoğlunun transferini nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, "qırmızı şeytanlar" transfer pəncərəsinin sonuna qədər sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyirlər. "Mançester Yunayted" yeni sol cinah müdafiəçisi transferi ilə bağlı yekun qərarını yaxın saatlarda verə bilər.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2024-cü ildə təxminən 25 milyon funt sterlinq qarşılığında "Fənərbağça"dan "Brayton"a keçib. İlk mövsümünü zədə səbəbindən böyük ölçüdə buraxan Kadıoğlu ötən mövsüm universallığı ilə diqqət çəkib. O, müdafiənin hər iki cinahında, həmçinin vinger və yarımmüdafiəçi mövqelərində çıxış edə bilir.
Kadıoğlu bu mövsüm "Brayton"un ilk oyununu zədə səbəbindən buraxıb. O, son turda isə "Çelsi"yə 3:4 hesabı ilə uduzduqları matçda sol cinah müdafiəçisi kimi start heyətində meydana çıxıb.
