Bakının Nəsimi rayonunun mərkəzi küçələrindən birində köhnə binalardan birinin eyvanının təhlükəli vəziyyətə düşdüyü bildirilir.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub.
Qeyd edilib ki, Rəşid Behbudov 23-31 ünvanında yerləşən binanın eyvanın alt hissəsinin suvaq qatı uçub səkiyə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qaynar xətt:
(055) 224 12 12