Azərbaycan Qolf Federasiyasının (AQF) Hesabat-Seçki Konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, AQF prezidenti vəzifəsinə Rauf Xəlilov seçilib.
O, daha əvvəl Azərbaycan Dağ Xizəyi İdman Federasiyasının prezidenti vəzifəsində çalışıb. R.Xəlilov həm də “Sabah” futbol klubunun Müşahidə Şurasının üzvüdür.
Həmçinin, şirkət sahibi Anar Əzimov federasiyanın vitse-prezidenti seçilib.
Qolf Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətində yer alacaq.Səbuhi Musayev