“Tamp-Bey Laytninq”in qapıçısı Ben Bişop Milli Xokkey Liqasının çempionatında “Toronto Meypl Lifs” (7:3) oyununda iki üst dişini itirib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Bişopun travma aldığı hadisə ikinci hissənin sonunda baş verib.
“Toronto”nun fovardı Piter Hollandın zərbəsindən sonra şayba qolkiperin maskasını qıraraq çənəsinə dəyib. Düşən dişlərini qapıçı dəbilqəsində tapıb.
Aldığı zədəyə baxmayaraq, Bişop oyunu sona çatdırıb.
A.M.