Azərbaycanın Qolf Federasiyası bu il iyun ayının 7-də Qubada yerləşən Milli Qolf Klubunda start götürəcək Heydər Əliyev adına Qolf Turnirində iştirakçıların qeydiyyatına başlayıb.
AQF-dən Oxu.Az-a daxil olan məlumata görə, əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eləcə də, ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək, Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etmək olan turnir 18 dəlikli “Mixed Stroke Play” formatında baş tutacaq.
Turnirdə yalnız müəyyən “handicap” göstəricisinə malik olan 48 həvəskar qolfçu iştirak edə biləcək.
Turnirdə iştirak etmək istəyənlərin sayı artıq olduğu təqdirdə daha aşağı “handicap”-i olan 48 oyunçu seçiləcək.
Turnirdə iştirak edəcək oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədilə istifadə olunacaq.
Turnirin əsas mükafatı “BMW X1” avtomobilidir.
Heydər Əliyev Adına Qolf Turnirində iştirak etmək arzusunda olanlardan, qeydiyyat formasını doldurub və “handicap” şəhadətnaməsinin nüsxəsi ilə bərabər aşağıdakı poçt ünvanına yollamağınız xahiş olunur: info@aqf.az
Federasiyanın rəsmi Facebook səhifəsi.