Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Radomyak" klubunun baş məşqçisi: "Renat Dadaşov güclü və döyüşkəndir"
Polşanın "Radomyak" klubunun baş məşqçisi Joau Henrikes Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb.
Oxu.Az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında 25 yaşlı forvardı tərifləyib.
"Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. O, Tapsobadan, Perottidən fərqlidir. Renat daha çox rəqibin cərimə meydançasında olur, çünki güclü və döyüşkəndir".
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Ankaragücü" klubundan ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzalayıb. Müqaviləyə uzadılma variantı da daxildir.
Xatırladaq ki, "Radomyak"da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.
"Renat Dadaşov" teqi üzrə xəbərlər
- Polşa klubu Renat Dadaşovla bağlı yekun qərarını verib
- Renat Dadaşov yeni komandasının ən bahalı futbolçusu oldu
- Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir
- Renat Dadaşov Polşa klubunda - Müqavilənin müddəti bəlli oldu
- "Ankaragücü" Renat Dadaşov ilə yolları ayırıb