"Çelsi" və "Mançester Siti"nin sabiq hücumçusu Rahim Sterlinq İngiltərənin Farnboro şəhəri yaxınlığındakı nəqliyyat qovşağının ərazisində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə millisinin sabiq forvardına qarşı avtomobili təhlükəli idarəetmə, azot oksidi saxlama və narkotik testindən imtina etmə ittihamları irəli sürülüb.
Təqsiri sübuta yetiriləcəyi təqdirdə 32 yaşlı futbolçunu iki ilə qədər həbs cəzası gözləyir.
Qeyd olunur ki, Sterlinq sentyabrın 15-də Beyzinqstokda hakim qarşısına çıxacaq.
Hələ may ayında "The Sun" nəşri hazırda klubsuz olan hücumçunun avtomobili narkotik maddələrin təsiri altında idarə etməsi şübhəsi ilə həbs edildiyini bildirmişdi. Həmin vaxt oyunçunun maşınında qadağan olunmuş maddələr aşkar edilmişdi.