"Real Madrid" klubunun rəhbərliyi komandanın braziliyalı hücumçusu Vinisius Junioru 2026-cı ilin yayında satmaq qərarına gəlib.
Oxu.Az-ın "Bild" qəzetinə istinadən xəbərinə görə, yekun qərar "Barselona" ilə oyunda baş verən insidentdən sonra verilib.
Bildirilib ki, "Real Madrid"in prezidenti Florentino Peres futbolçunun davranışlarından yorulub və heç bir futbolçunun klubdan vacib olmadığını göstərmək istəyir.
Xatırladaq ki, oktyabrın 26-da "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda Vinisius 72-ci dəqiqədə əvəzlənib. Vinisius bu qərara emosional reaksiya verib və baş məşqçi Xabi Alonsoya - "Niyə həmişə mən? Klubdan gedirəm", - deyib.
Daha sonra futbolçu komandadan və məşqçisindən üzr istəyib.