“Mançester Yuneyted”in hücumçusu Kriştianu Ronaldu və sevgilisi Corciniya Rodriges valideyn olmağa hazırlaşırlar.
Bu barədə ulduz futbolçu “Instagram” səhifəsində paylaşım edib.
“Əkiz övlad gözlədiyimizi xəbər verməkdən məmnunam. Qəlblərimiz sevgi ilə doludur. Sizinlə görüşümüzü səbirsizliklə gözləyirik”, - deyə Ronaldu qeyd edib.
Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.
Xatırladaq ki, 36 yaşlı hücumçunun Kriştianu və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.
Посмотреть эту публикацию в InstagramDigər xəbərlər