Rusiyalı basketbolçu Yelizaveta Bratçikova vətəndaşlığının təsdiqlənəcəyi halda Azərbaycan millisində çıxış edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport-Express" nəşri məlumat yayıb.
Məlumata görə, "MBA", "Yenisey" və "Nika" klublarında forma geymiş basketbolçu FIBA 3x3 Dünya Liqası çərçivəsində Azərbaycanı təmsil edən komandalardan birində oynaya bilər.
2024/25 mövsümündə Bratçikova "Nika"da çıxış edib və Premyer Liqada orta hesabla 5.2 xal, 2.8 ribaundla yadda qalıb.
Qeyd edək ki, basketbolçu 2022-ci ilin yayında Rusiya qadın millisinin açıq təlim-məşq toplanışına dəvət almışdı.