Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, insident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İmil Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.
Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etiraz bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.
Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər.
E.Ə.
www.oxu.az