"Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az bu barədə kluba istinadən xəbər verir.
Bildirilib ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra komandanın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.
Qeyd edək ki, mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.