"Sabah" klubu Kristian Sebalyos ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, o, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Xatırladaq ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.