Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Zirə Olimpiya İdman Kompleksində eyniadlı komanda “Sabah”ı qəbuledib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi oyunu Suraxanıda təşkil olunub.
Avrokuboklardan məğlubiyyətlə dönən iki komandanın - “Qarabağ”la “Neftçi”nin duelində ikincilər qalib gəlib – 2:1. Bununla da “Qarabağ” liderlikdən salınıb. Hazırda turnir cədvəlinə altı xalla “Sabah” klubu başçılıq edir.
Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” isə öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
III tur
20 sentyabr (bazar)
“Zirə” – “Sabah” - 0:2
Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2