Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin onuncu partiyası heç-heçə ilə nəticələnib.
Hazırda ümumi hesab 6.5:3.5 norveçlinin xeyrinədir.
Qeyd edək ki, şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda da heç-heçə qeydə alınıb. Altıncı, səkkizinci və doqquzuncu partiyalarda isə Karlsen üstün olub.
Növbəti partiya dekabrın 10-da baş tutacaq.
Mənbə: rsport