"Liverpul"un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanından ümumi məbləği 500 milyon funt olan sərfəli təklif alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.
Bununla belə, misirli forvard "Liverpul" ilə müqaviləsini uzatmağa qərar verib. Bununla da İngiltərə Premyer Liqası və Çempionlar Liqasında yeni idman çağırışlarına can atdığını nümayiş etdirib.
Salah həftəlik təxminən 400 min funt maaşla komandanın ən yüksək maaşlı oyunçusu olaraq qalacaq. Bununla belə, o, ingilis klubu ilə yeni ikiillik müqaviləsi başa çatdıqdan sonra Səudiyyə klubuna keçid imkanını istisna etmir.
Cari mövsümdə Salah bütün turnirlərdə "Liverpul"un heyətində 46 oyunda iştirak edib, 32 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.