Salifu Suma "Zirə"dən ayrılıb.
Oxu.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.
"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın görüşlərini izləyəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək" - deyə, R.Sadıqov söyləyib.
Anar Həsənov