"Zirə" klubuna məxsus olan futbolçu Salifu Sumanı karyerasını "Molde"də davam etdirəcək.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, qvineyalı vinger hazırda İsveçdədir.
O, iki il öncə Avropa Liqasında "Qarabağ"a rəqib olmuş "Molde"nin düşərgəsindədir.
Suma bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda problem aşkarlanmasa, onunla uzunmüddətli müqavilə imzalanacaq.
Premyer Liqanın gümüş medalçısı Konfrans Liqasında mübarizə aparacaq.
"Qartallar" satış ehtimalının yüksək olmasını nəzərə alaraq, Sumanı UEFA-ya sifariş etməyib.