Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla əməkdaşlığa son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ilk olaraq "TRT Spor" kanalı yayımlayıb.
Məlumata əsasən, Türkiyə Superliqasında mövsümü dördüncü pillədə başa vuran və əsas hədəf olaraq müəyyənləşdirilən Türkiyə Kuboku ilə yarımfinalda vidalaşan "Beşiktaş"da mühüm görüş baş tutub. Klub prezidenti Serdal Adalı və baş məşqçi Sergen Yalçın klubun bazasında bir araya gəliblər.
Təcrübəli baş məşqçi tutduğu postdan ayrılıb. Məsələ ilə bağlı gün ərzində klub tərəfindən rəsmi açıqlamanın yayılacağı bildirilir.
Xatırladaq ki, daha əvvəl 2020/2021-ci illər mövsümündə də "Beşiktaş"ın sükanı arxasında yer alan Sergen Yalçın son olaraq 2025-ci ilin avqust ayında yenidən komandaya geri dönmüşdü.