“Sumqayıt” klubu 2017/2018 mövsümü üçün növbəti transferini reallaşdırıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, son mövsümü “Qəbələ”də keçirmiş Süleyman Süleymanov Sumqayıt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
19 yaşlı qapıçı 36 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, S.Süleymanov U-15, U-16, U-17, U-19 və U-21 millilərində çıxış edib.
A.S.
www.oxu.az