"Azərbaycanda güləşmək, qələbə qazanmaq mükəmməl hisslərdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanəsilli finlandiyalı güləşçi Sura Mirac Abbassoy deyib.
O bildirib ki, gələcəkdə Azərbaycanı təmsil etmək istəyir:
"Hazırda başqa ölkənin bayrağı altında güləşsəm də, gələcəkdə mütləq ölkəmi təmsil edəcəyəm. Hazırda sənədlərdə problem olduğundan ölkəmi təmsil edə bilmirəm. Amma gələcəkdə bu, mütləq olacaq. Lakin mənim həm də Azərbaycan vətəndaşlığım var. İmkan olduqca gəlib Azərbaycanda məşq edirəm. Keçən il isə Azərbaycan çempionatında qalib olmuşam. İnşallah, sənədlərimi qaydasına salıb, Azərbaycan bayrağı altında güləşəcəyəm".
O bildirib ki, Finlandiyada idmana diqqət yüksək səviyyədə deyil:
"Azərbaycanda isə güləşə diqqət çox böyükdür. Azarkeşlər sevirlər".